Yaxın günlərdə ABŞ Ukraynaya daha bir silah paketi, o cümlədən hava hücumundan müdafiə sistemləri ayıracaq.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
Kirbi rəsmi YouTube kanalında yayımlanan brifinqdə deyib: “Yaxın bir neçə gün ərzində siz ABŞ-ın Ukrayna üçün hava hücumundan müdafiə sistemləri də daxil olmaqla daha bir hərbi yardım paketini görəcəksiniz.