Dünyanın ən quraq səhrası hesab edilən və rekord dərəcədə az yağıntısı ilə tanınan Atakama səhrasında qeydə alınan görüntülər diqqət çəkib.
1xeber.media xəbər verir ki, quraq ərazidə çiçəklər açıb.
Qeyd olunur ki, Atakama səhrasında müəyyən illərdə fövqəladə yağışlar yerli bitki növlərinin cücərməsinə və geniş əraziləri rəngarəng çiçəklərlə örtməsinə imkan verir.
Bu il görünən çiçəkləmə, rütubət və temperatur şəraiti əlverişli qalacağı təqdirdə, yaxın həftələrdə daha da çoxalacağı bildirilib.