Вернуться назад Распечатать

“Şəki yaylası” və daha təhlükəli "Qurtuluş-93” - FHN Novzurovun obyektlərini yoxlaya bilmir?

Xəbər verildiyi kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. 

1xeber.media xəbər verir ki, sən demə, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıda yerləşən “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova (Mia.az) məxsus imiş.

Qeyd edək ki, “Şəki yaylası”nda baş verən faciə nəticəsində Qax rayonunun Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.

Azərbaycanda adətən sahibkarların fəaliyyətinin yoxlanılması, həyata keçirdikləri layihələrə nəzarət məsələləri diqqətdən kənarda qalır. Hansısa yoxlamaya gedən FHN əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrinin hansı formada fəaliyyət göstərdiyi, necə yoxlama aparması də ayrıca sual doğurur.

Bu hadisə nə birincidir, nə də sonuncu olacaq.

“Qurtuluş-93” yaşayış kompleksinin sahibi, eyni zamanda çoxsaylı əyləncə mərkəzləri və restoranların sahibi olan Məhərrəm Novruzovun fəaliyyətində bundan əvvəl baş vermiş hadisələr olmamış deyil. 

Eyni zamanda, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfərin həyatını itirməsi təkcə Məhərrəm Novruzovun səhvi kimi qiymətləndirilməməlidir. Belə əyləncə mərkəzləri, yəqin ki, mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən yoxlanılmalıdır. FHN-in təhlükəsizlik üzrə aidiyyəti qurumu və ya bu sahəyə cavabdeh digər struktur belə obyektlərdə təhlükəsizlik məsələlərinə nəzarət etməlidir.

Bundan əvvəl “Sea Breeze”də baş verən hadisə də bu hallardan biridir. Sabah başqa bir hadisənin baş verməyəcəyinə kim zəmanət verə bilər?

Belə hadisələrin təkrarlanmaması üçün aidiyyəti qurumlar vaxtında ciddi yoxlamalar həyata keçirməlidirlər. Əks halda baş verən hadisələrin qarşısının alınması mümkün olmayacaq.

Bu məsələdə Məhərrəm Novruzov qədər rəsmi qurumların, təhlükəsizliyə nəzarət edən strukturların və aidiyyəti üzrə məsul şəxslərin də məsuliyyəti dayanır.

Xüsusilə qeyd edək ki, son aylar “Qurtuluş-93” yaşayış kompleksindəki binaların sakinlərinin narazılığı səngimir. Sakinlər və yayılan videolar bildirir ki, Məhərrəm Novruzov kompleksə aid olan binaların qarajlarını satır və obyektə çevirir. Təmir işləri zamanı binaların əsas dirəkləri zəıdələnir və alt hissələr qazılır. Bu barədə çoxsaylı şikayətlərə  Məhərrəm Novruzov məhəl qoymur. Sabah hər hansısa hadisə baş verəcəksə, o zaman ziyan çəkən yenə vətəndaş olacaq..

bizimesr.media