Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 680,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Murad Quliyevə gözlənilməz jest edib.
1xeber.media xəbər verir ki, icra başçısı rəhbərlik etdiyi rayonun məktəblərini bitirərək yüksək balla universitetlərə qəbul olan bir qrup tələbə ilə görüşüb.
Görüşdə iştirak edənlər arasında ən yüksək nəticə göstərərək 680,9 bal toplayan M.Quliyev də olub.
V.İsayev tələbələri təbrik edib, onlara hədiyyələr verib. Növbə Bərdə şəhər Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseyini bitirən M.Quliyevə də çatıb.
İcra başçısı onu təbrik edərək deyib:
“Başçının öz “ruçkasını” təqdim eləməsi hər adama qismət olmur. Burada Ulu Öndərimizin şəkili var. Arzu edirəm məktəbi uğurla qurtarasınız. Zaman olsun fərqlənmə ilə qurtarasınız və o qələmi gətirəsiniz ki, bax, mən fərqlənmə ilə qurtarmışam, indi xahiş edirəm, mənə iş verin, rayonda işləmək istəyirəm”./Ölkə.az