Вернуться назад Распечатать

ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?

“Günlük şəkər qəbulu 12 çay qaşığından çox olmamalı, ideal halda isə bu miqdar yarıbayarı azaldılaraq 6 çay qaşığına endirilməlidir”.

1xeber.media  xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Avropa Tibb Mərkəzinin (EMC) mütəxəssisi Kamilya Tabeyeva bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sərbəst şəkər qəbulunu gündəlik kalori rasionunun 10 faizi, ideal halda isə 5 faizi ilə məhdudlaşdırmağı tövsiyə edir. 2000 kilokalorilik rasionda bu, maksimum 50 qram — təxminən 12 çay qaşığı deməkdir”, — deyə həkim qeyd edib.

Mütəxəssis vurğulayıb ki, bu limitə yalnız çay və qəhvəyə əlavə edilən şəkər deyil, hazır qidaların — un məmulatları və qazlı içkilərin tərkibindəki “gizli” şəkər də daxildir.