Вернуться назад Распечатать

Tramp: ABŞ neftdə OPEC-i geridə qoyub

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin neft hasilatı sahəsində OPEC-dən daha güclü mövqeyə gəldiyini bildirib.

Tramp bu barədə Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb. O, ABŞ-ın müxtəlif neft hasil edən ştatları, eləcə də Venesuela ilə birlikdə dünya neft bazarında böyük üstünlük əldə etdiyini vurğulayıb.

“Venesuela, Texas, Oklahoma, Şimali Dakota, Pensilvaniya və digər mühüm ştatlarla biz OPEC-dən daha güclü olmuşuq”, – deyə Tramp bildirib.

ABŞ liderinin sözlərinə görə, qarşıdakı Konqres seçkilərindən sonra neftin qiymətinin aşağı düşməsi gözlənilir.

Tramp administrasiyasının Venesuela ilə neft razılaşmasına da toxunaraq bildirib ki, sövdələşmə çərçivəsində əldə ediləcək neft ABŞ-ın strateji ehtiyatlarının artırılmasına yönəldiləcək.

Tramp bu addımı əvvəlki prezident Co Baydenin enerji siyasətində buraxdığı səhvlərin aradan qaldırılması zərurəti ilə əlaqələndirib.