Вернуться назад Распечатать

Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş gözlənilmir

1xeber.media xəbər verir ki, Çikaqo Universitetinin professoru Con Mirşaymer ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə son səfərlərindən sonra Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunacağı ehtimalını aşağı qiymətləndirib.

Mirşaymerin sözlərinə görə, hazırda ABŞ üçün əsas problem Ukrayna deyil, İrandır. O bildirib ki, İranla bağlı münaqişə olmasaydı, Ukrayna məsələsi Vaşinqton üçün daha böyük əhəmiyyət daşıyardı.

Professor qeyd edib ki, Uitkoff və Kuşner Ağ Evdə ciddi təsir imkanlarına malikdirlər. Onun sözlərinə görə, hər iki şəxs Trampa yaxındır və prezident onların mövqeyinə güvənir. Bununla belə, Mirşaymer onların danışıqlarda real nəticə əldə edə biləcəyinə şübhə ilə yanaşır.

“Onların uğur qazanmaq ehtimalının yüksək olduğunu düşünmürəm”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putin, Stiv Uitkoff və Cared Kuşner arasında Moskvada keçirilən görüşdə Ukrayna üzrə üçtərəfli təmasların bərpası variantlarının müzakirə edildiyini açıqlamışdı. Onun sözlərinə görə, görüş konstruktiv olmaqla yanaşı, məzmunlu və işgüzar xarakter daşıyıb.