Вернуться назад Распечатать

“Sisakan dəstəsi”nin komandiri azadlığa buraxılmadı

1xeber.media xəbər verir ki, “Sisakan dəstəsi”nin komandiri, Aşot Yerkat kimi tanınan Aşot Minasyanın vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciəti rədd edilib.

Ermənistan mətbuatının yazdığına görə, hakim Nelli Baqdasaryan Minasyanın ərizəsini təmin etməyib.

Aşot Minasyan silah və sursat saxlama ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin son qərarına əsasən, onun cəzasının vaxtından əvvəl şərti azadlığa buraxılması mümkün olmayıb.

Qeyd edək ki, “Sisakan dəstəsi” Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycana qarşı döyüşmüş erməni qanunsuz silahlı birləşmələrindən biri olub.

Dəstə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı yaradılıb və əsasən Ermənistanın Sisyan rayonundan olan könüllülərdən təşkil edilib.