Вернуться назад Распечатать

Rusiyada miqrantların deportasiyası kəskin artıb

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədən deportasiya edilən qanunsuz miqrantların sayının 2,6 dəfə, yəni 85 faiz artdığını bildirib.

Putin miqrantların Rusiyaya məqsədli şəkildə cəlb edilməsinin tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, belə yanaşma həm əmək bazarının ehtiyaclarını qarşılaya, həm də ölkəyə gələn şəxslərin hüquqlarının təmin olunmasına kömək edə bilər.

Rusiya lideri miqrant göndərən ölkələrin də bu prosesdə maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Rusiyada işləmək istəyən şəxslərin əvvəlcədən işə və ölkədəki həyata hazırlanması məqsədəuyğundur.

Qeyd edək ki, Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi fonunda ölkədən çıxarılan miqrantların sayı artıb. Rusiya Dövlət Dumasının məlumatına görə, 2026-cı ilin ilk yarısında qanun pozuntularına