1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kişinyov hava limanından havaya qalxmağa hazırlaşan təyyarəsinin dron tərəfindən qəsdən hədəfə alınmadığı bildirilib.
CNN-in məlumatına görə, bu barədə Moldovalı rəsmi açıqlama verib. Onun sözlərinə görə, insident zamanı Moldovanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı Zelenskinin təyyarəsini vurmağa çalışmayıb. Hadisənin məqsədi ilə bağlı araşdırma isə davam edir.
Məlumata görə, sentyabrın 8-də Moldova hava məkanı dron təhlükəsi səbəbindən müvəqqəti bağlanıb. Bu səbəbdən Zelenskinin Norveçə uçuşu da gecikib. Moldovalı rəsmilər daha sonra dronlardan birinin ölkə ərazisinə düşdüyünü bildiriblər.
Bununla yanaşı, Norveçin Baş naziri Yonas Qahr Störe Zelenskinin təyyarəsinin havaya qalxarkən drona “demək olar ki, dəydiyini” açıqlayıb. Lakin o, pilotsuz aparatın təyyarəyə nə qədər yaxın olduğunu və hadisənin hansı mənbədən təsdiqləndiyini açıqlamayıb.