Вернуться назад Распечатать

Rusiyada 450 km/saat sürətli “Kreçet” dron-interseptoru yaradılıb

1xeber.media xəbər verir ki, Rusiyada pilotsuz uçuş aparatlarını havada ələ keçirmək üçün nəzərdə tutulan “Kreçet” adlı dron-interseptoru hazırlanıb.

Açıq mənbələrdə yayılan məlumatlara görə, aparatın maksimal sürəti 450 km/saat təşkil edir. “Kreçet”in əsas məqsədi digər pilotsuz uçuş aparatlarının qarşısının alınmasıdır.

Məlumata əsasən, dron yüksək sürətlə hədəfə yaxınlaşmaq və onu zərərsizləşdirmək üçün hazırlanıb. Sistemin kritik infrastrukturun müdafiəsində istifadə edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Rusiyada son dövrlərdə dronlara qarşı müxtəlif interseptor sistemləri hazırlanır. Məsələn, avqust ayında “Astra-PVO” adlı başqa bir dron-interseptorun 500 km/saatdan, bəzi məlumatlara görə isə 560 km/saatadək sürət yığa bildiyi açıqlanmışdı.