Вернуться назад Распечатать

Dodon: Moldova sərhədində ukraynalı şəxs saxlanılıb

1xeber.media xəbər verir ki, Moldovanın keçmiş prezidenti İqor Dodon ölkə sərhədində Ukrayna vətəndaşının saxlanıldığını bildirib.

Dodonun sözlərinə görə, saxlanılan şəxsin üzərində pilotsuz uçuş aparatı (PUA) və partlayıcı maddələr aşkarlanıb.

Hadisə Moldova-Ukrayna sərhədində dronlarla bağlı insidentlərin artdığı bir vaxtda baş verib. Moldova Sərhəd Polisi sentyabrın 8-dən 9-na keçən gecə Tudora–Starokazacie sərhəd-keçid məntəqəsi yaxınlığında dron insidenti qeydə alındığını açıqlayıb.

Hazırda Dodonun açıqlamasında saxlanılan şəxsin kimliyi və partlayıcı maddələrin hansı məqsədlə daşındığı barədə əlavə məlumat verilməyib.