Вернуться назад Распечатать

Avtobusdan istifadə edən şəxslər BUNU BİLMƏLİDİR - VACİB QAYDA

Gəncədə “BakuBus” avtobuslarında əşyalarını unudan sərnişinlərin şirkətə necə müraciət edə biləcəyi açıqlanıb.

1xeber.media xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, “BakuBus” MMC-nin istismarında olan avtobuslarda sərnişinlərə məxsus hər hansı əşyanın itirilməsi və ya avtobusda unudulması halında vətəndaşlar şirkətə müxtəlif kanallar vasitəsilə müraciət edə bilərlər. 

Belə ki, bununla bağlı müraciətlər “BakuBus” MMC-nin 141 Çağrı mərkəzi, rəsmi sosial media kanalları, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul olunur.

Müraciətin araşdırılması üçün əşya sahibinin adı və soyadı, itirilmiş əşyanın ətraflı təsviri, əşyanın itirildiyi marşrut xəttinin nömrəsi, avtobusun dövlət qeydiyyat nişanı və ya eyniləşdirmə nömrəsi, həmçinin hadisənin təxmini baş verdiyi tarix və saat barədə məlumatların təqdim edilməsi xahiş olunur. Qeyd olunan məlumatlar əsasında araşdırma aparılır və nəticə barədə müraciət edən şəxsə məlumat verilir.

Qeyd edək ki, bu prosedur yalnız Gəncədə deyil, “BakuBus” MMC-nin sərnişindaşıma fəaliyyəti həyata keçirdiyi Bakı, Naxçıvan və Xankəndi şəhərlərində də tətbiq olunur.