1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Rusiyanın Dağıstan Respublikasına hücum etdiyi bildirilir.
Məlumata görə, zərbələrin əsas hədəflərindən biri Xəzər dənizində yerləşən Mahaçqala limanı olub. “Arxangel spetsnaza” layihəsinin müəllifləri hücumda FP-1 tipli dronlardan istifadə edildiyini bildiriblər.
Dağıstanın müvəqqəti rəhbəri Fyodor Şukin isə hava hücumundan müdafiə sistemlərinin bütün hava hədəflərini məhv etdiyini açıqlayıb. Onun sözlərinə görə, dron qalıqlarının düşməsi nəticəsində Mahaçqala limanının infrastrukturunda yanğın baş verib. Yanğın daha sonra söndürülüb, ölən və yaralananların olmadığı bildirilib.
Mahaçqala limanının vurulması ilə bağlı məlumatlar ilkin olaraq müxtəlif mənbələrdə yayılıb. Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi barədə iddia isə Rusiya və Ukrayna mənbələrində fərqli şəkildə təqdim olunur.