1xeber.media xəbər verir ki, Qvatemalanın paytaxtında yerləşən La Aurora Milli Zooparkında Cənubi Afrikadan gətirilmiş iki nadir ağ şir ictimaiyyətə təqdim olunub.
Bir yaşlı şirlər açıq havadakı yeni ərazilərinə buraxılıb. Heyvanların fərqli açıq rəngli tükləri albinizmdən deyil, leykizm adlanan nadir genetik xüsusiyyətdən qaynaqlanır.
Zooparkın yeni sakinləri ziyarətçilərin böyük marağına səbəb olub.