Вернуться назад Распечатать

Qatarla hər gün səyahət edən quşlar marağa səbəb oldu (VİDEO)

Avstraliyanın Sidney şəhərində iki quşun qatarda sərnişin kimi hərəkət etməsi maraqlı görüntülərin yaranmasına səbəb olub.

1xeber.media xəbər verir ki, quşlar mütəmadi olaraq Lindfild və Artarmon stansiyaları arasında qatarla gedib-gəlirlər.

Məlumata görə, quşlar yemək tapmaq məqsədilə qatara minir, dayanacaqları isə səsləndirilən elanlardan müəyyənləşdirirlər. Onların daha sonra qatarla geri qayıtdığı bildirilir.

Mütəxəssislər bu davranışı quşların şəhər mühitinə uyğunlaşması və yüksək öyrənmə qabiliyyəti ilə əlaqələndirirlər.