1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasının son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz kater məhv etdiyini bildirib.
Nazirliyin məlumatına görə, məhv edilən katerlərin hamısı ekipajsız olub.
Rusiya tərəfi son günlər Qara dənizdə Ukraynanın dəniz PUA-larının fəaliyyətinin qarşısının alındığını açıqlayır. Eyni zamanda, Ukrayna qüvvələri də Rusiyanın Qara dəniz sahilindəki hərbi və liman obyektlərinə zərbələr endirdiyini bildirir.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Ukraynanın logistika mərkəzləri və dəniz limanlarına zərbələr endirildiyini, Çernomorsk limanında infrastruktur obyektlərinin, Odessada isə iki quru yük gəmisinin və yedək gəmisinin vurulduğunu açıqlamışdı.