Вернуться назад Распечатать

58 yaşlı Monqolustan Prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı

Monqolustanın 58 yaşlı Prezidenti Uxnaaqiyn Xürelsüx hərbi hissəyə səfəri zamanı fiziki hazırlığını nümayiş etdirib.

1xeber.media xəbər verir ki, dövlət başçısı 100 kiloqramlıq ştanqı uzanıqlı vəziyyətdə 20 dəfə qaldırıb.

Xürelsüx keçmiş ordu zabitidir. Onun adının mənası “bürünc balta” deməkdir. Prezident, həmçinin Monqolustanın “Harley-Davidson” klubunun yaradıcılarından biridir və musiqi qrupunda gitara çalır.

Qeyd edək ki, onun sələfi Xaltmaaqiyn Battulqa sambo üzrə dünya çempionu olub.