1xeber.media xəbər verir ki, Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil infarkt keçirib.
Türkiyə mətbuatının məlumatına görə, 69 yaşlı aparıcı evində qəfil özünü pis hiss etdikdən sonra xəstəxanaya çatdırılıb. Müayinələr zamanı ürək damarlarından birinin tutulduğu müəyyən edilib və təcili müdaxilə zamanı damarına stent qoyulub.
Müalicədən sonra Erbilin vəziyyətinin yaxşı olduğu və xəstəxanadan evə buraxıldığı bildirilib. Onun bir müddət evdə istirahət edəcəyi qeyd olunub.