1xeber.media xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 185 milyard dolları ötüb.
Bu barədə Rusiya–Çin Dostluq, Sülh və İnkişaf Komitəsinin Rusiya üzrə həmsədri Boris Titov məlumat verib.
Onun sözlərinə görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur. Titov bildirib ki, Rusiya ilə Çin arasındakı ticarət həcmi Moskvanın Avropadakı əsas tərəfdaşları ilə, o cümlədən Almaniya ilə əldə etdiyi göstəriciləri də əhəmiyyətli dərəcədə üstələyir.
Titov qeyd edib ki, Rusiya ilə Almaniya arasında illik ticarət dövriyyəsinin ən yüksək göstəricisi 101 milyard dollar olub. Onun fikrincə, yeni rəqəmlər Moskvanın iqtisadi istiqamətini Pekinə çevirdiyini göstərir.
Rusiya Prezidenti Vladimir Putin də sentyabrın əvvəlində Rusiya ilə Çin arasında 2026-cı ilin yekunlarına görə ticarət dövriyyəsində yeni rekord gözlədiyini açıqlamışdı.