Вернуться назад Распечатать

Rəhbər vəzifələrdən nazir müavinliyinə: Ramil Əzməmmədov KİMDİR?

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib. Nazir bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.

1xeber.media  yeni vəzifəyə təyin olunan Ramil Əzməmmədovla bağlı bir sıra məqamları təqdim edir:

Kənd Təsərrüfatı Nazirinin müşaviri vəzifəsinə təyin edilən Ramil Əzməmmədov aqrar sektor, aqrotexnologiyalar və idarəetmə sahəsində təcrübəyə malik mütəxəssisdir. 

O, 2025-ci ilin may ayından etibarən Azərbaycan Tingçilik Assosiasiyasının sədri vəzifəsində çalışıb. R.Əzməmmədov həmçinin “Grand-Agro İnvitro” MMC-nin rəhbəri olub.

Fermerlər üçün dəqiq kənd təsərrüfatı texnologiyaları və aqronomik məsləhət xidmətləri təqdim edən "Dr. Agro" (AgriTech) platformasına rəhbərlik edib.

Aqrar sahədə tədqiqat və inkişaf (R&D), “Azərsşəkər” MMC kimi iri aqrar holdinqlərdə layihə meneceri və koordinasiya işlərində yer alıb. /yeni sabah