Müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
1xeber.media xəbər verir ki, müsabiqəyə paytaxt üzrə 567 nömrəli şəhərətrafı marşrut, şəhərlərarası, eləcə də rayonlararası və rayondaxili istiqamətlər üzrə marşrutlar təqdim olunub.
Müsabiqəyə çıxarılan şəhərlərarası marşrutlar aşağıdakılardır:
Bakı–Sınıq Körpü
Bakı–Zaqatala
Bakı–Mingəçevir
Bakı–Qusar
Bakı–Quba
Bakı–Xudat
Sumqayıt–Kürdəmir
Mingəçevir–Gəncə
Gəncə–Yevlax
Yevlax–Gəncə
Lənkəran–Sumqayıt
Balakən–Gəncə
Zaqatala–Gəncə
Salyan–Lənkəran
Ağdaş–Gəncə
Zərdab–Gəncə
Digər istiqamətlər üzrə müsabiqəyə çıxarılan marşrutlar isə bunlardır:
Burunqovaq (Samux) – Gəncə (Dəmiryol vağzalı)
Qaraarx (Samux) – Gəncə (Dəmiryol vağzalı)
Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal)
Düzqışlaq ("Şəmkir" stansiyası) – Gəncə (avtovağzal)
Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı)
İkinci Nügədi (Quba) – Heydər Əliyev prospekti (mərkəzi bazar)
Kuzun kəndi – Qusar (avtovağzal)
Düztahir kəndi – Qusar (avtovağzal)
Əniğoba kəndi – Qusar (avtovağzal)