Вернуться назад Распечатать

TDT ölkələri arasında cinayətkarlıqla mübarizə üzrə məlumat mübadiləsi genişləndirilir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr cinayət təqibindən gizlənən şəxslərin axtarışı üzrə birgə işi gücləndirəcək.

1xeber.media Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə razılıq TDT ölkələrinin daxili işlər nazirlərinin Astanada keçirilən görüşündə əldə olunub.

Görüşdə məlumatların daha operativ mübadiləsinə, müvafiq xidmətlərin birbaşa qarşılıqlı fəaliyyətinə və s. xüsusi diqqət yetirilib.

"Cinayətkarlıq sərhəd tanımır. Buna görə də biz ona qarşı birgə mübarizə aparmalıyıq. Burada məlumat mübadiləsinin sürəti, xidmətlərimiz arasında etibar və konkret nəticə önəmlidir", - Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov qeyd edib.

Görüş iştirakçıları təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində əsas razılaşmaları, eləcə də gələcək əməkdaşlığın istiqamətlərini təsbit edən birgə bəyannamə imzalayıblar.

Görüşün yekunlarına əsasən, TDT daxili işlər nazirlərinin IV görüşünün 2027-ci ildə Türkiyədə keçirilməsi qərara alınıb.