İsrail Prezidenti İsxak Hersoq Kiprdə livanlı həmkarı Jozef Aunla danışıqlar aparmağa ümid etdiyini bildirib.
1xeber.media EFE-yə istinadən xəbər verir ki, bu barədə Kipr Respublikası Prezident Administrasiyasının press-relizində qeyd olunub.
"Mənim arzumdur ki, Livan prezidenti, siz və mən burada görüşə bilək. İnanıram ki, biz terrorizmi kökündən məhv edərək, regionun və bütün dünyanın rifahı naminə xalqlara firavanlıq təmin edərək regionumuzda sülhə doğru irəliləməliyik", - o, Nikosiyada Kipr lideri Nikos Xristodulidis ilə görüşündə deyib.
Xatırladaq ki, mart ayında Kiprdə İsrail və Livanın "Hizbullah" qruplaşması arasında danışıqların keçirilməsi ehtimalı müzakirə olunurdu, lakin nəticədə bu danışıqlar baş tutmadı.