Вернуться назад Распечатать

Almaniyada zəlzələ baş verdi

1xeber.media xəbər verir ki, Almaniyanın cənub-qərbində zəlzələ qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların maqnitudası 3,5 olub.

Zəlzələ yerli vaxtla saat 17:27-də baş verib. Təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Mannheim şəhərindən 12 kilometr şimal-qərbdə, Frankfurt-na-Mayn şəhərindən isə 62 kilometr cənubda qeydə alınıb.

Seysmoloqlar 3,5 maqnitudalı təkanı zəif zəlzələ kimi qiymətləndirirlər. Hadisə nəticəsində ölən və xəsarət alanlar, həmçinin dağıntılar barədə məlumat verilməyib.

EMSC zəlzələlərin ilkin parametrlərinin sonradan yenilənə biləcəyini də qeyd edir.