Вернуться назад Распечатать

KBR-də faciə: ölən alpinistlərin sayı 15-ə çatdı

1xeber.media xəbər verir ki, Rusiyanın Kabardin-Balkar Respublikasının Çerek rayonunda daha bir alpinistin meyiti tapılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin məlumatına görə, bununla da dağlarda baş verən faciə nəticəsində ölənlərin sayı 15 nəfərə yüksəlib.

“Bu gün xilasedicilər daha bir nəfərin meyitini aşkar ediblər. Daha iki alpinistin axtarışları sabah səhər tezdən davam etdiriləcək”, – qurumun açıqlamasında bildirilib.

Axtarış-xilasetmə işləri hava şəraitinin pisləşməsi səbəbindən Bezengi dərəsində müvəqqəti dayandırılıb.

Xilasedicilər itkin düşən digər iki alpinistin axtarışlarını hava şəraiti imkan verən kimi davam etdirəcəklər.