Вернуться назад Распечатать

Neft bahalaşdı: “Brent” 108 dolları keçdi

1xeber.media xəbər verir ki, “ICE London” qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin noyabr fyuçerslərinin qiyməti 0,57% artaraq 1 barel üçün 108,24 dollara yüksəlib.

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə “WTI” markalı neftin 2026-cı ilin oktyabr fyuçerslərinin qiyməti 0,46% artıb. Nəticədə 1 barel “WTI” neftinin qiyməti 102,95 dollar təşkil edib.