Вернуться назад Распечатать

ABŞ Səudiyyə Ərəbistanına husilərə qarşı kəşfiyyat dəstəyi verir

1xeber.media xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanının İranda dəstəklənən husilərə qarşı hərbi əməliyyatlarına kəşfiyyat və hədəfləmə dəstəyi göstərmək üçün ölkədəki hərbi imkanlarını genişləndirib.

CNN-in məlumatına görə, Səudiyyə Ərəbistanında 100-dən çox ABŞ hərbi məsləhətçisi fəaliyyət göstərir. Onlar krallığa Yəməndəki husilərə qarşı əməliyyatlar zamanı kəşfiyyat məlumatlarının toplanması və hədəflərin müəyyənləşdirilməsində yardım edir.

Məlumata əsasən, ABŞ hərbçiləri son həftələrdə yaradılmış birgə komandanlığın tərkibində fəaliyyət göstərir. Mənbələrdən biri bölgədəki amerikalı hərbçilərin ümumi sayının təxminən 200 nəfər olduğunu bildirib.

Bu addım Yaxın Şərqdə döyüşlərin intensivləşdiyi bir vaxtda atılıb. Husilərlə qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı Bab əl-Məndəb boğazı ilə bağlı təhlükələri də artırır. Sözügedən boğaz Yaxın Şərqin mühüm dəniz ticarət marşrutlarından biridir.

Qeyd edək ki, İranın dəstəklədiyi husilər daha əvvəl Yəmənin Qırmızı dəniz sahilində yerləşən strateji liman şəhərini ələ keçiriblər. Bu hadisənin Tehranın bölgədə ABŞ-la davam edən qarşıdurmada mövqelərini gücləndirə biləcək amillərdən biri olduğu bildirilir.