1xeber.media xəbər verir ki, BRICS ölkələrinin liderləri sentyabrın 12-13-də Hindistanın paytaxtı Yeni Dehlidə bir araya gələcək.
Sammitə Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin, İran Prezidenti Məsud Pezeşkian və digər ölkələrin rəhbərlərinin qatılması gözlənilir. Görüş BRICS daxilində ciddi fikir ayrılıqlarının olduğu bir vaxtda keçirilir.
Xüsusilə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin kəskinləşməsi təşkilatın vahid mövqe formalaşdırmasını çətinləşdirir. Tehran və Əbu-Dabi Yaxın Şərqdəki münaqişə ilə bağlı fərqli mövqelərdədir. Bu səbəbdən sammitdə yekun birgə bəyanatın hazırlanması əsas sınaqlardan biri olacaq.
Bununla yanaşı, Hindistan BRICS ölkələrinin mərkəzi bank rəqəmsal valyutalarının bir-biri ilə əlaqələndirilməsini təklif edir. Məqsəd üzv ölkələr arasında ödənişləri daha sürətli və asan həyata keçirməkdir. Reuters-in məlumatına görə, bu təşəbbüs ABŞ dollarını əvəz etməkdən çox, sərhədlərarası ödənişləri sadələşdirməyə yönəlib.
Sammitdə Putin-Hindistan Baş naziri Narendra Modi və Si Cinpin-Modi görüşləri də diqqət mərkəzində olacaq.