1xeber.media xəbər verir ki, Böyük Britaniyanın MI5 kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum 11 sentyabr terror aktlarının 25-ci ildönümündə növbəti böyük təhlükə ilə bağlı xəbərdarlıq edib.
Makkallum bildirib ki, təhlükəsizlik qurumları əvvəlki hücumlara həddindən artıq fokuslanmamalı və yeni təhdidlərin tamamilə fərqli formada ortaya çıxa biləcəyini nəzərə almalıdır. Onun sözlərinə görə, növbəti böyük strateji zərbə hazırda təhlükəsizlik xidmətlərinin diqqətindən kənarda olan bir yerdə hazırlana bilər.
MI5 rəhbəri terror təhlükəsi ilə yanaşı, dövlət dəstəkli kiberhücumların və sabotajların da artdığını vurğulayıb. O, xüsusilə enerji infrastrukturu kimi mühüm obyektlərin kiberhücumların hədəfinə çevrilə biləcəyini qeyd edib.
Makkallum həmçinin “Əl-Qaidə”nin əvvəlki gücünü itirsə də, kütləvi itkilərlə nəticələnəcək hücumlar həyata keçirmək istəyinin davam etdiyini bildirib. Onun fikrincə, gələcək təhlükələrə qarşı hökumət, biznes və akademik qurumlar birlikdə hazırlaşmalıdır.