Вернуться назад Распечатать

Vaşinqton Yəmən müharibəsinə girməkdən çəkindi

Tramp Səudiyyənin husilərə zərbə təklifini rədd etdi

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə husilərə qarşı ABŞ-ın birbaşa hərbi zərbələr endirməsi ilə bağlı çağırışını qəbul etməyib.

Məlumata görə, bin Salman Trampa telefonla iki dəfə müraciət edərək husilərə qarşı hərbi əməliyyat keçirilməsini istəyib. Lakin Tramp administrasiyası ABŞ-ın hazırda husilərə qarşı birbaşa hərbi müdaxilə planının olmadığını bildirib.

Vaşinqton bunun əvəzinə Səudiyyə Ərəbistanına dəstəyi artırmağa və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə üstünlük verir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin də təcili koordinasiya üçün Səudiyyəyə getdiyi bildirilir.