Вернуться назад Распечатать

AKİ-də sədr seçkisi: gözlənilməz rəqib ortaya çıxdı

1xeber.media xəbər verir ki, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr seçkisi keçiriləcək.

Sentyabrın 11-də Nizami Kino Mərkəzində baş tutacaq konfransda ittifaqın yeni rəhbərinin müəyyənləşdirilməsi gözlənilir. Seçki saat 12:00-da başlayacaq.

AKİ-də sədr postu bu il martın 29-da Xalq artisti Rasim Balayevin vəfatından sonra boş qalıb. Mayın 26-da keçirilən əvvəlki seçki konfransında isə yetərsay olmadığı üçün nəticələr rəsmiləşdirilməyib.

Son günlərə qədər Xalq artisti Şəfiqə Məmmədova sədrliyə əsas namizəd kimi göstərilirdi. Lakin seçki ərəfəsində Xalq artisti Həmidə Ömərovanın da namizədliyi irəli sürülüb. Bununla da sədr postu uğrunda rəqabət yaranıb.

Müstəqil Kino Platformasının müraciətində seçkinin şəffaf və demokratik keçirilməsinin vacibliyi vurğulanıb və alternativ namizədlərə məhdudiyyət qoyulmaması tələb edilib.