1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki məktəblərin fəaliyyətini və təhsil sistemindəki problemləri sərt tənqid edib.
Paşinyan bildirib ki, Ermənistan İnqilab Federasiyası (ARF) və Respublikaçılar Partiyası uzun illər ərzində məktəbləri siyasi təsir və korrupsiya mühitinə çeviriblər.
Baş nazirin sözlərinə görə, hazırda da cəhaləti təbliğ edən müəllim və məktəb direktorları fəaliyyət göstərir.
“Cəhaləti öyrədən müəllimlər və direktorlar var. Cahil direktorlar işdən çıxarılmalıdır”, – deyə Paşinyan qeyd edib.