Вернуться назад Распечатать

Respublikaçılardan Vensə prezident çağırışı

1xeber.media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı özünü Prezident Donald Trampın siyasi varisi kimi təqdim edib.

“Guardian”ın yazdığına görə, Vens çıxışında Trampın siyasətini davam etdirəcək əsas namizədin məhz özü olduğu mesajını verib. O, Demokratları sərt tənqid edib və etiraz aksiyası keçirən şəxslə də mübahisə yaşayıb.

Qəzetin məlumatına görə, Vensin səhnəyə çıxışı qurultay iştirakçıları tərəfindən “Cey Di” şüarları ilə qarşılanıb. Bəzi iştirakçılar onun 2028-ci ildə prezidentliyə namizəd olmasını tələb edən çağırışlar səsləndiriblər.