Вернуться назад Распечатать

Taleh Qaraşov şəhid anasını evində ziyarət etdi - FOTOLAR

Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Vətən uğrunda canından keçmiş şəhid Babayev Vüqar İlham oğlunun anası Babayeva Sevil Qulam qızı ilə görüşüb.

1xeber.media xəbər verir ki, icra başçısı əslən Lənkərandan olan, lakin hazırda Bakıda yaşayan şəhid anasını Lənkəran şəhərindəki yeni mənzilində ziyarət edib. 

Ziyarət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə yaxından maraqlanan Taleh Qaraşov dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara göstərilən diqqət və qayğının prioritet təşkil etdiyini vurğulayıb.

Şəhid anası Sevil Babayeva da öz növbəsində onlara göstərilən davamlı dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətini hər zaman hiss etdiklərini qeyd edərək, Ali Baş Komandana və dövlətimizə dərin təşəkkürünü ifadə edib.