Вернуться назад Распечатать

Məhkəmə İmamoğlu haqqında həbs qərarı verdi

Həbs olunduqdan sonra vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) meri Əkrəm İmamoğlu, keçmiş Tuzla meri Şadi Yazıcını təhqir etdiyi iddiası ilə yenidən məhkəmə qarşısına çıxarılıb. 

1xeber.media xəbər verir ki, İmamoğlu "dövlət məmurunu açıq şəkildə təhqir etmək" ittihamı ilə 2 il 1 ay həbs cəzasına məhkum edilib. 

Məhkəmə həmçinin İmamoğluna siyasi qadağa tətbiq edib. 

Hökm bu gün İstanbul Anadolu 16-cı Cinayət Məhkəməsi tərəfindən Marmara Həbsxana kompleksində yerləşən məhkəmə zalında keçirilən işin yenidən araşdırılmasında elan edilib.