1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyada keçiriləcək parlament seçkiləri başa çatana qədər Moskva ilə danışıqların bərpa olunacağını gözləmədiyini bildirib.
Zelenskinin sözlərinə görə, danışıqların sentyabrın 18-20-də keçiriləcək seçkilərdən əvvəl başlaması real görünmür.
Ukrayna lideri mümkün yeni danışıqlarda əsas prioritetlərinin limanların fəaliyyətinin bərpası və Ukraynanın enerji infrastrukturuna zərbələrin dayandırılması olduğunu deyib.
Zelenski həmçinin sentyabrın sonunda Nyu-Yorkda ABŞ nümayəndə heyəti ilə görüşə biləcəyini açıqlayıb. O, Donald Trampla görüşdən sonra bu məsələlər barədə daha açıq danışmağa ümid etdiyini bildirib.