1xeber.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Rusiya və BRICS ölkələri ilə əməkdaşlığın Tehran üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
İran lideri ölkəsinin Rusiya ilə münasibətlərin inkişafında və BRICS çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Pezeşkian qeyd edib ki, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi İranın regional və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.