Вернуться назад Распечатать

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində elmi panellər təşkil olunub.

1xeber.media xəbər verir ki, institutdan bildirilib ki, “Altayşünaslığın dünəni, bu günü və sabahı” mövzusuna həsr olunmuş simpoziumun həmin gün üzrə elmi proqramında 4 zalda 20 oturum keçirilib, ümumilikdə 80 məruzə dinlənilib.

Panel iclaslarında altayşünaslıq və türkologiyanın müxtəlif istiqamətləri, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru, mifologiyası, mədəniyyəti, siyasi və mədəni əlaqələri, eləcə də Altay araşdırmalarının müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Simpoziumda ümumilikdə 15 ölkəni – Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasını təmsil edən alim və tədqiqatçılar iştirak edirlər.