1xeber.media xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Ağdərə rayonunda yerləşən Gəncəsər monastır kompleksinə baxış keçiriblər.
Nümayəndələrə kompleksin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə abidəyə edilmiş qanunsuz müdaxilələr barədə məlumat verilib.
Kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Xaçınçayın sahilində yerləşən Gəncəsər monastırı Qafqaz Albaniyasının mühüm dini və mədəni mərkəzlərindən biri hesab olunur.
Bildirilib ki, işğal dövründə kompleks saxtalaşdırma və qanunsuz müdaxilələrə məruz qalıb, nəticədə onun tarixi Alban memarlıq üslubuna zərər vurulub.
2012-ci ildə abidənin divarlarının mərmər daşlarla üzlənməsinə başlanılıb. Kompleksin həyətində “abadlıq işləri” adı altında aparılan tikinti müdaxilələrinin də monastırın tarixi görkəminə ciddi ziyan vurduğu qeyd olunub.