1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 670 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bundan başqa, bir sutka ərzində 7 idarəolunan aviasiya bombasının da vurulduğu bildirilib.
Nazirliyin məlumatına əsasən, xüsusi hərbi əməliyyatın başlanmasından indiyədək Ukraynaya məxsus 674 təyyarə, 284 helikopter, 234 073 PUA və 672 zenit-raket kompleksi məhv edilib.
Həmçinin 30 899 tank və digər zirehli döyüş texnikası, 1 777 reaktiv yaylım atəş sistemləri, 36 435 artilleriya qurğusu və minaatan, eləcə də 71 692 xüsusi hərbi avtomobil texnikasının sıradan çıxarıldığı iddia olunur.