Вернуться назад Распечатать

Astronavtlar orbitdə meditasiya edir (VIDEO)

Avropa Kosmik Agentliyi astronavtların kosmosda stressi azaltmaq və yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq etdikləri rahatlama üsullarının görüntülərini yayıb.

1xeber.media xəbər verir ki, ESA astronavtı Sofi Adeno Beynəlxalq Kosmik Stansiyada çəkilən videoda çəkisizlik şəraitində, başıaşağı vəziyyətdə idarə olunan rahatlama seansında iştirak edir.

Görüntülər Avropanın “RelaxPro” elmi tədqiqatı çərçivəsində lentə alınıb. Araşdırma zamanı astronavtların rəyləri fizioloji ölçmələrlə, o cümlədən tüpürcək və saç nümunələrinin nəticələri ilə müqayisə olunur.

Tədqiqatın məqsədi sadə rahatlama və meditasiya üsullarının astronavtların stressi idarə etməsinə, yuxusunun yaxşılaşmasına və gələcək uzunmüddətli kosmik missiyalarda sağlamlığının qorunmasına necə təsir etdiyini müəyyənləşdirməkdir.