Avropa Kosmik Agentliyinin astronavtı Sofi Adenonun üçüncü açıq kosmos əməliyyatından görüntülər yayımlanıb.
1xeber.media xəbər verir ki, astronavt Yer səthindən təxminən 400 kilometr yüksəklikdə yerləşən Beynəlxalq Kosmik Stansiyanın ön hissəsinə irəliləyərək mühüm texniki tapşırığı yerinə yetirib.
Əməliyyat zamanı “Dragon” kosmik gəmilərinin stansiyaya yaxınlaşması və birləşməsi üçün vacib olan retroreflektor dəyişdirilib. Sofi Adeno missiya zamanı orbitdə Günəşin doğuşunu da lentə alıb.