Вернуться назад Распечатать

İndoneziyada 243 nəfəri daşıyan bərə yoxa çıxdı

İndoneziya sahillərində göyərtəsində azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.

1xeber.media xəbər verir ko, bu barədə “Reuters” ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə hərəkət edirmiş.

Digər təfərrüatlar açıqlanmayıb.