Вернуться назад Распечатать

Taleh Qaraşov anti-terror əməliyyatları zamanı şəhid olan Xəyal Əhədzadnin məzarını ziyarət edib - FOTO

1xeber.media xəbər verir ki, Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlunun anım günüdür.
Anım günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.

Məzarı önünə tər güllər düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidin valideynləri ilə görüşərək söhbət edib, şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb, onların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Şəhidin valideynləri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya, onların problemlərinin həllinə göstərilən dəstəyə görə minnətdarlığını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!