1xeber.media xəbər verir ki, dünyanın ən yüksək maaş alan siyasi lideri Sinqapurun Baş naziri Lourens Vonqdur.
Sinqapur hökumətinin yeni qərarına əsasən, oktyabrın 15-dən Vonqun illik maaşı 64 faiz artaraq 3,6 milyon Sinqapur dollarına, yəni təxminən 2,85 milyon ABŞ dollarına çatacaq.
Beləliklə, Vonqun illik gəliri ABŞ Prezidenti Donald Trampın 400 min dollarlıq maaşından 7 dəfədən çox olacaq.
Sinqapur hökuməti yüksək maaşların istedadlı kadrları dövlət idarəçiliyinə cəlb etmək və korrupsiya risklərini azaltmaq məqsədi daşıdığını bildirir. Vonq isə maaş artımından əldə edəcəyi əlavə gəliri beş il ərzində xeyriyyə məqsədlərinə bağışlayacağını açıqlayıb.