1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BRICS-in inkişaf tempini yüksək qiymətləndirib.
Peskov bildirib ki, təşkilat getdikcə daha böyük maraq doğurur və BRICS+ formatında iştirak edən ölkələrin sayı artır.
Onun sözlərinə görə, sammit çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyəti və irəli sürülən təşəbbüslər BRICS-in beynəlxalq rolunun artdığını göstərir.