Вернуться назад Распечатать

Sentyabr döyüşlərindən 4 il ötür

1xeber.media xəbər verir ki, 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatdan 4 il ötür.

Ermənistan bölmələrinin təxribatının qarşısının alınması və Azərbaycan ərazisinə qarşı hərbi təhlükələrin aradan qaldırılması məqsədilə Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri həyata keçirilib.

Döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.

Anım günü ilə əlaqədar şəhidlərin ailə üzvləri və yaxınları onların II Fəxri xiyabandakı məzarlarını ziyarət edərək xatirələrini yad ediblər.

Həmin şəhidlərdən biri də uşaq evində böyüyən Səbuhi Əhmədov olub. Onun şəhidlik hekayəsi ictimaiyyət arasında geniş əks-səda doğurub. Səbuhi Əhmədovun qardaşı da anım günü ilə bağlı müraciət edərək hər kəsi qardaşının xatirəsini yad etməyə çağırıb.