Вернуться назад Распечатать

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - FOTO

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

1xeber.media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin  Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.