Sentyabrın 13-ü saat 14:00-a olan faktiki hava açıqlanıb.
1xeber.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.